II Aleksandr

II Aleksandr
rus. Александр II Николаевич
Şəxsi məlumatlar
Doğum tarixi 17 (29) aprel 1818[1]
Doğum yeri
Vəfat tarixi 1 (13) mart 1881[2] (62 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qanaxma
Dəfn yeri
Atası I Nikolay[1]
Uşaqları
Hərbi xidmət
Rütbəsi General-feldmarşal (Rusiya)

Monoqram Monoqramın şəkli
İmzası İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

II Aleksandr (rus. Алекса́ндр II Никола́евич;17 (29) aprel 1818[1], Kiçik Nikolayev sarayı[d][2]1 (13) mart 1881[2], Qış sarayı[2]) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru.

II Aleksandr 1855-ci ildə atası I Nikolayın ölümünün ardından taxta çıxmış və 1881-ci ildə sui-qəsdlə öldürüləcəyi günə qədər hakimiyyətdə qalmışdır. II Aleksandr Rusiya imperiyasının XII İmperatoru olmaqla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarında daşıyırdı.

Yenilikçi fikirlərə sahib olan Aleksandr bir necə mühüm islahatın və iqtisadi inkişafın əsas səbəbkarı hesab olunur. 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Kəndlilərə torpaq sahələrinin ayrılması, onların hüquqlarının qorunması sahəsində əməli işlərin görülməsi nəticəsində əhali tərəfindən II Aleksandr Xilasedici Aleksandr (rus. Алекса́ндр Освободи́тель) olaraq adlandırıldı. Aleksandr tərəfindən inzibati-məhkəmə sisteminin yenidən təşkil edilməsi, ölüm hökmünün ləğv edilməsi, hər təbəqədən olan şəxslərin orduya cəlb edilməsidini-etnik icmaların üzərində təziqin adılması kimi mühüm reformlar keçirildi. Keçirdiyi reformlarla liberal imperator imiçini formalaşdıran II Aleksandr monarxiyanın mütləqiyyətinə də inanırdı. O, tam demokratik sistemə keçidin tez olduğunu düşünürdü.

Reformlarla baxmayaraq monarxiyaya qarşı olan şəxslərin təqib edilməsi davam etdi. Xalq arasında Üçüncü bölmə olaraq adlandırılan gizli polis təşkilatı fəaliyyətini davam etdirdi. Bundan əlavə müxtəlif məsələlərdə günahlandırılan şəxslərin Sibir kimi imperiyanın ucqar bölgələrinə sürgünə göndərilməsidə davam edirdi. Aleksandr təkcə daxili yox eyni zamanda xarici siyasət sahəsində də fəaliyyət göstərməyə maraqlı idi. 1867-ci ildə onun razılığı ilə imperiyanın ən ucqar bölümü olan Alyaska dönəminin Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri Uilyam Sivardla aparılan danışıqların ardından ABŞ-yə satıldı. Alyaskanın satın alınması olaraq tarixə keçən müqavilə də Alyaskanın əvəzində ABŞ-nin Rusiya imperiyasına 7.2 milyon dollar ödəməli olduğu göstərilirdi. II Alekandrın Alyaskanı satmaqda maraqlı olması ərazinin mərkəzdən çox uzaqda yerləşməsi və eyni zamanda ərazinin hər an Britaniya imperiyasının əlinə keçə bilmə ehtimalının olması idi.

II Aleksandrın hakimiyyət dövrü Rusiya imperiyasının Asiya qitəsində öz nüfuzunu gücləndirməsi ilə əlamətdardır. 1858–1860-cı illərdə Çindən Primorski Krayın alınması, 1860-cı ildə imperiyanın Uzaq Şərqdə əsas idarə mərkəzi olan Vladivostok şəhərinin salınması, elə həmin il Qafqazın tamamilə ələ keçirilməsi və 1870-ci illərdə Orta Asiyanın (Xivə, Buxara, Türküstan) fəth edilməsi Rusiya imperiyasının daha da güclənməsi ilə nəticələnmişdir. II Aleksandrın dövrünə qədər 960 km olan dəmiryolu xəttləri onun ölümündən sonra 22.525 km çatdırılmışdı.

II Aleksandr 1881-ci ilin 13 mart tarixində Sankt-Peterburq şəhərində ona qarşı hazırlanan sui-qəst nəticəsində ağır yaralanmış və bir necə gün sonra sarayda vəfat etmişdir.

  1. 1 2 3 4 5 6 7 Александр II (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 402–411.
  2. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118501860 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 Александр III (rus.). // Энциклопедический словарь / под ред. И. Е. Андреевский СПб: Брокгауз — Ефрон, 1890. Т. I. С. 411–413.
  4. 1 2 Сергий Александрович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1900. Т. XXIXа. С. 651–652.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search